Cəmiyyət

Ağdam rayonunun Mollalar kəndi – FOTO

Sharing is caring!

Ağdam rayonunun Mollalar kəndi Əlimədətli kənd inzibati ərazi dairəsində yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, qoyunçuluq, üzümçülük, bağçılıq olub.

Mollalar kəndi 1993-cü il iyunun 15-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu, o cümlədən Mollalar kəndi noyabrın 20-də Azərbaycana qaytarılıb.

AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kəndin görüntülərini təqdim edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir