Cəmiyyət

Pulsuz dərman preparatlarının siyahısının genişləndirilməsi təklif edilir

Sharing is caring!

Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısının genişləndirilməsi təklif edilir.

“Report”un xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə bildirilib ki, imtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın növlərinin və ya əvəzedicilərinin sayının artırılması təklif edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir