Dünya

İran Fransa vətəndaşını həbsdə saxladı – FOTO

Sharing is caring!

İranın Məşhəd şəhərinin Vəkilabad zindanında saxlanılan Fransa vətəndaşı Benjamin Breyerin azadlığa buraxılması barədə qərar verilməsinə baxmayaraq, SEPAH onun sərbəst buraxılmasına mane olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı Breyerin vəkili Flip Valentə istinadla məlumat verib.

Hüquq müdafiəçinin sözlərinə görə, müvəkkilinin azadlığı barədə qərar fevralın 15-də verilsə də, SEPAH buna mane olaraq Fransa vətəndaşını girov qismində saxlayıb.

Qeyd edək ki, Benjamin Breyer 2020-ci ilin may ayında İranda “casusluq” ittihamı ilə həbs olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir