Cəmiyyət

“Formula-1”: Bakıdakı yarış üçün könüllülərin təlimlərinə start verilib – FOTO

Sharing is caring!

“Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin müsahibə mərhələsi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, artıq ümumi təlimlərə start verilib.

Bakı Şəhər Halqasının (BŞH) İnsan resursları şöbəsinin rəhbəri İranə Əhmədova jurnalistlərə açıqlamasında builki yarış üçün 10 mindən çox müraciətin olduğunu və onlardan təxminən 8 mininin müsahibədən keçdiyini deyib:

“Könüllülərin inkişaf proqramı bir neçə hissədən ibarətdir. İlk olaraq əsas təlimlər baş tutur. Ümumi təlimdə “Formula-1” haqqında ətraflı məlumat verilir. Fəaliyyət göstərdikləri zonadan asılı olmayaraq, yarışa qatılan hər kəs bu idman növündən məlumatlı olmalıdır. Onların fərdi inkişafları da bizim üçün çox önəmlidir”.

BŞH rəsmisi hər gün 200 könüllünün təlimdə iştirak etdiyini vurğulayıb:

“Yekunda 1500 nəfər seçiləcək. Nəticələr martın sonunda açıqlanacaq”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə təşkil olunacaq.

Daha çox şəkil burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir