Cəmiyyət

Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR: İmtahanla bağlı dəyişiklik ediləcək – VİDEO

Sharing is caring!

“2023-cü ildə müəllimlərin işə qəbulu (MİQ) imtahanında yenilik ediləcək”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, bu il MİQ zamanı müəllimlərə əlavə 30 dəqiqə vaxt veriləcək:

“İmtahanın müddəti 2 saat 30 dəqiqə olaraq müəyyən ediləcək. Kimya, riyaziyyat, fizika, informatika fənlərində əlavə vaxtın verilməsi vacibdir. Ümumilikdə 100 bal olacaq”.

Nazir əlavə edib ki, yeni qaydalar qüvvəyə minməsə də, artıq bəzi dəyişikliklər dəqiqdir.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir