Cəmiyyət

FHN Gəncədə qanunsuz tikintinin qarşısını alıb – FOTO/VİDEO

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən verilən xəbərə görə, Gəncə şəhəri, Cavadxan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt sökülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir