Dünya

Hraparak: “Vardanyan gözünü İrəvana dikib”

Sharing is caring!

“Xankəndidəki fiaskodan sonra Ruben Vardanyan gözünü İrəvana dikib – o, Ermənistan paytaxtının meri seçkilərində iştirak etmək niyyətindədir”.

Bu barədə Ermənistanın müxalifyönlü “Hraparak” qəzeti Azərbaycanın Qarabağ bölgəsində erməni quldur dəstələrinin qalıqlarının keçmiş “dövlət naziri”nin əhatəsində olan mənbələrinə istinadən xəbər verib.

“Bu, sadəcə olaraq, növbəti seçki olmayacaq. Burada Ermənistanda müxalifətdə liderlik məsələsi həll ediləcək. Görünən odur ki, Serj Sarqsyan və Robert Koçaryanın rəhbərlik etdiyi parlament müxalifəti 2021-ci il ümummilli seçkilərindən sonra öz siyasi kapitalını israf edib və çoxdan daxili siyasi sferada faktor olmaqdan çıxıb. Lakin siyasi oyunçular üçün lakmus testi İrəvan Ağsaqqallar Şurasına seçkilər olacaq. Kim öz ətrafında böyük qüvvə cəmləşdirə bilsə, hakimiyyətin əsas rəqibinə o çevriləcək”, – deyə “Hraparak” yazıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir