Cəmiyyət

Ağstafada yanğın olub, xəsarət alan var

Sharing is caring!

Ağstafada yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Sözü gedən küçədə yerləşən binada anidən yanğın olub. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı 1977-ci il təvəllüdlü K.Həsənov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilib.

Məlumata görə, K.Həsənov yanğın olan binanın gözətçisi işləyib. İlkin ehtimala görə, yanğına səbəb gözətçi otağındakı elektrik qızdırıcı olub. Yanğının baş vermə səbəbləri araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir