Cəmiyyət

Mədəniyyətə qənim kəsilən Ermənistan – ŞƏRH

Sharing is caring!

Ermənistanın Azərbaycana qarşı təcavüzü mədəni, tarixi, dini abidələrin məhvi ilə də yadda qalıb.

Ermənistan indi faktları təhrif etməyə çalışır və özünün vandallıq aktlarına müxtəlif don geyindirir.

Lakin İrəvanın nə deməsindən asılı olmayaraq, fakt faktlığında qalır.

Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı müddətdə mədəni irsə, tarixi, dini abidələrə vəhşicəsinə yanaşıb.

Ermənistan məqsədli şəkildə islam mədəniyyətinə aid bütün izləri silməyə çalışıb. Bu məqsədlə 192 ziyarətgah, 65 məscid dağıdılıb.

Ağdam Cümə məscidinin saxlanılmasının səbəbi isə sırf Ermənistan tərəfindən onun hərbi məqsədlə oriyentir kimi istifadə edilməsi idi.

Prezident İlham Əliyev fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda deyib:

“Biz, sadəcə, Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələrimizi kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Bu, yadplanetlilər tərəfindən edilməyib, gəlib bizim torpağımızı işğal etmiş, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş qonşularımız tərəfindən edilib. Biz onları qovandan sonra indi onlar ədalət üçün yalvarırlar. Onlar – ərazimizi 30 il ərzində işğal altında saxlayanlar – bizi işğalda günahlandırırlar”.

Azərbaycan tolerant ölkədir və burada yaşayan xalqlar bir-birilə vahid orqanizm kimi bağlıdırlar.

Azərbaycan xalqı və dövləti dini, mədəni abidələrə heç zaman təhqirlə baxmayıb və onların tarixi, simvolik əhəmiyyətinə qiymət verib.  

Multikultural və tolerant dəyərlərin mənəvi sərvət kimi qorunub-saxlanıldığı ölkəmizdə bütün dinlərə, mədəni, tarixi, dini abidələrə hörmətlə yanaşılır.

Hətta Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunan abidələr siyahısındadır.  

Ermənistan isə vandal təyinatını dəyişmir. İşğal müddətində Qarabağdakı tarixi abidələrə qənim kəsilən Ermənistan üçün mənəvi prinsip deyilən bir şey yoxdur.

Qeyd edək ki, Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur ərazilərində monitorinqlər nəticəsində 403 tarixi abidə aşkar edilib və bundan əlavə, 162 yeni abidə (dövlət reyestrinə daxil olmayan) ortaya çıxarılıb.

Ermənistanın yuxarıda göstərilən əməlləri onun beynəlxalq hüquqda işğal olunmuş ərazilərdə mədəni irsə hörmət etmək və onu qorumaq sahəsində öhdəliklərinin ciddi şəkildə pozuntusudur.

Bu torpaqlardakı erməni təcavüzkarların cinayətkarlıqları, dini, tarixi və mədəni irsimizin qəsdən məhv edilməsi Haaqa Konvensiyasının (1954) silahlı münaqişələr zamanı mədəni irsin qorunması, Arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyası (1992) və mədəni və təbii irsin qorunması üzrə UNESCO Konvensiyası (1972) prinsiplərinin tapdalanmasıdır.

Hazırda Azərbaycan işğaldan azad etdiyi ərazilərdə tarixi, dini, mədəni abidələrin bərpası işlərini davam etdirir.  

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir