Kriminal

Keşlə qəsəbəsində və “NZS” adlanan ərazidə narkotik satan şəxs saxlanılıb – FOTO/VİDEO

Sharing is caring!

Keşlə qəsəbəsində və “NZS” adlanan ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı Keşlə qəsəbəsində və “NZS” adlanan ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüsal Zülfəliyev saxlanılıb. Bu şəxsdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. O, ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq niyyəti ilə onlayn yolla aldığını bildirib.

Vüsal Zülfəliyevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir