Cəmiyyət

Qanunsuz daş karxanası, məhv edilən ağaclar – FOTO

Sharing is caring!

Lənkəran rayonunda daş karxanası qeyri-qanuni fəaliyyət göstərir.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Qeyd olunub ki, rayonun Aşağı Təngivan kənd sakinləri bildiriblər ki, onlar örüş, pay torpaqlarını və bəzi gediş-gəliş yollarını itiriblər. 

Kənd sakinləri əlavə ediblər ki, qanunsuz karxanaya görə, artezian quyularının bir hissəsi quruyub və 10 ilə yaxındır ki, səs-küydən əziyyət çəkirlər:

“Hektarlarla ərazidə sututucu funksiyanı yerinə yetirən meşə cinsli ağaclar ekskavatorlarla götürülüb. Yataqda yaranmış onlarla hektar münbit torpaq qatı qazılıb və daşınıb. Karxananın fəaliyyəti nəticəsində çay suyu mütəmadi lillənir və oranın tullantıları çaya tökülür”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran rayonu Aşağı Təngivan kənd sakinlərinin nazirliyə daxil olmuş müraciətləri əsasında aparılmış araşdırma zamanı Lənkəran rayonu Təngivan kəndində yerləşən qum-çınqıl hasilatı ilə məşğul olan müəssisəyə məxsus ərazidən qanunsuz olaraq, qum-çınqıl qarışığının hasilatı və yalanqoz cinsli ağacın məhv edilməsi nəticəsində təbiətə böyük ziyan dəydiyi müəyyən olunub:

“Monitorinqin nəticələrinə hüquqi qiymət verilməsi üçün iş üzrə materiallar nazirlik tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Qeyd edək ki, karxananın qanunsuz fəaliyyəti ilə bağlı iki il əvvəl cinayət işi açılmasına baxmayaraq, karxana hələ də öz işindədir.  

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir