Cəmiyyət

Paytaxtda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var – FOTO

Sharing is caring!

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil əvvəlcə “Toyota” və “Hyundai” markalı maşınlara çırpılıb.

Daha sonra “Mercedes” markalı avtomobilin sürücüsü yola davam edərək yolayrıcındakı işıq dirəyinə dəyərək onu aşırıb.

Nəticədə yol təsərrüfatına ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb ediliblər. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Qəzanın təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir