Cəmiyyət

Abşeronda binanın həyətində qanunsuz tikili – VİDEO

Sharing is caring!

Xırdalan şəhəri 30-cu məhəllə 11 saylı binanın qarşısında qanunsuz tikinti aparıldığı iddia olunub.

Sakinlərin sözlərinə görə, vaxtilə uşaq parkı olan ərazi qanunsuz olaraq zəbt edilib. 

Sakinlər deyirlər ki, Ali Məhkəmə 2020-ci ildə vətəndaş İlhamə Quliyevanın tikinti aparılmasına dair iddianaməsini rədd etsə də, sonradan ona 2022-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron şöbəsi tərəfindən mülkiyyət hüququ verilib. O da tikinti aparılması üçün Rizvan Xəlilov adlı şəxsə etibarnamə verib. 

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Abşeron ərazi idarəsindən Bakı TV-yə bildirilib ki, idarə 2020-ci ildə bu işlər üzrə məhkəmə icraatına cəlb edilib, sözügedən məhkəmə qərarları Ərazi İdarəsinə daxil olmayıb. 

“Ərazi İdarəsinin üzərinə hər-hansı bir öhdəlik qoyulmayıb. Məhz bu səbəbdən əmlakın dövlət reyestrindən verilən çıxarışın ləğv edilməsinə münasibət bildirilməyib, daşınmaz əmlakın üzərinə məhdudiyyət qoyulması barədə hər-hansı məhkəmə aktı 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olmayıb. Buna görə həmin şəxsə yenidən 2022-ci ildə çıxarış təqdim edilib. Ərazi İdarəsinin elektron baza məlumatlarında isə Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə yerləşən 156 kvadratmetr torpaq sahəsi park ərazisi kimi qeyd olunmayıb”, – deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, sözügedən tikinti dayandırıldıqdan dərhal sonra daş hasar sakinlər tərəfindən sökülüb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir