Cəmiyyət

Bakıda sürücülər üçün problem olan “unikal” dairə ləğv olunur – YENİLİK + FOTO

Sharing is caring!

Sürücülər “Ulduz” metro stansiyası yaxınlığındakı yolda yaşanan anlaşılmazlıqdan şikayətçidirlər. 

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, sürücülərin bir qismi qeyd edir ki, paytaxtın Ziya Bünyadov küçəsindən Heydər Əliyev prospektinə gedən istiqamətdə plastik maneələrdən dairə düzəldilib:

“Bu dairə bütün sürücülərə zülm verir. Ərazidə mövcud olan işıqfor isə işləmir. Uzun müddətdir ki işıqfor işləmir və aidiyyəti qurumla problemin həlli üçün heç bir addım atmır”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən yolda quraşdırılan işıqforla bağlı işlər yekunlaşmaq üzrədir:

“Kommunikasiya işləri qalıb və onların yekunlaşma işləri davam etdirilir. Orada dairə ləğv olunacaq. Nəqliyyat vasitələrinin geri dönə bilməsi üçün Xəlil Rza Ulutürk küçəsində yeni geridönmə yeri təşkil ediləcək. Bu barədə biz həm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müzakirələr aparmışıq. Yaxın günlərdə həmin geridönmə yeri təşkil edildikdən sonra işıqfor fəaliyyətə başlayacaq”.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir