Cəmiyyət

Biləsuvarda arvadının dəm qazından zəhərləndiyini eşidən kişi qəfildən öldü

Sharing is caring!

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü X.Mehdiyeva dəm qazından zəhərlənib və o, rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qadının dəm qazından zəhərləndiyi xəbərindən təsirlənən həyat yoldaşı, 1956-cı il təvəllüdlü Gülağa Mehdiyev isə qəfildən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir