Cəmiyyət

Bütün bədəni yanan 6 yaşlı qız taleyinə küsüb: “Evdə güzgüləri yığışdırmışıq” – FOTO/VİDEO

Sharing is caring!

Taleyinə küsmüş 6 yaşlı qız çarəsizcə yardım gözləyir.

Bu barədə Oxu.Az-a onun anası Hacıyeva Könül məlumat verib.

O bildirib ki, ehtiyatsızlıq səbəbi ilə bədənin üzündən başqa bütün bədəni yanan 2016-cı il təvəllüdlü övladı Ağahüseynova Zeynəb Şahmar qızı yardımsevər insanların köməyi ilə bir dəfə əməliyyat edilib:

“Hadisə iyulun 7-də baş verib. Həmin vaxt qızım və ondan yaşca balaca oğlum evdə tək idilər. Mən qonşuluqda yas mərasiminə baş çəkməyə getmişdim. Həmin vaxt qızım evdəki alışqanla oynamağa başlayıb. Qəfil saçı alovlanıb və qısa müddətdə paltarına keçib. Oğlum yaxınlığımızda yaşayan bacıma xəbər versə də, artıq o gələnə qədər iş-işdən keçib. Ona dəriköçürmə əməliyyatı edilsə də, bəzi nahiyələrində tutmamışdı. Yardımsevər insanların dəstəyi ilə əməliyyata lazım olan məbləğ toplandı və Zeynəb özəl klinikada əməliyyat edildi.

O, əməliyyatdan əvvəl, ümumiyyətlə, yeriyə bilmirdi. Əməliyyatdan sonra axsayaraq da olsa, özü yeriməyi bacarır. İndi isə Zeynəbin digər ayağı əməliyyat edilməlidir ki, tam rahatlıqla yeriyə bilsin. Yenidən bizə əl uzadın. Bu əməliyyat bizə 3700 manata başa gələcək. Daha sonra isə müalicəsi üçün 600 manata ehtiyacımız olacaq. Borc almaq üçün çox qapını döysək də, pulu toplaya bilmədik. Övladım indi özünə qapanıb. Evdəki bütün güzgüləri yığışdırmışıq. Psixologiyası tamamilə pozulub. Özünü görmək belə istəmir. Qızımı bu vəziyyətdən xilas edin”.

Qeyd edək ki, Heydər Əliyev Fondu Zeynəbin reabilitasiyası üçün xərclərin bir qismini üzərinə götürüb.

Ailə ilə əlaqə nömrəsi: 050 874 66 28

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir