Cəmiyyət

Gəncədə iki maşın toqquşub: Xəsarət alanlar var

Sharing is caring!

Bakı-Qazax avtomagistralının Gəncə şəhərinə girəcəyində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin “Gəncə qapıları” adlanan ərazisində “Toyota Prado” markalı avtomobillə “Opel” markalı maşın toqquşub.

Qəza zamanı “Opel” markalı avtomobilin sürücüsü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir