Şou-Biznes

Yeni əməliyyat olunan Xalq artisti Lent.az-a DANIŞDI

Sharing is caring!

Yanvar ayında əməliyyat olunan Xalq artisti Naibə Allahverdiyevanın sinəsində papilloma tapılıb. 

Lent.az xəbər verir ki, o, bu barədə "Elgizlə izlə" proqramında məlumat verib. 

59 yaşlı aktrisanın vəziyyəti ilə maraqlanmaq üçün onunla əlaqə saxladıq. O, Lent.az-a açıqlamasında özünü hazırda yaxşı hiss etdiyini bildirib:

"Sinə əməliyyatı etdirməzdən əvvəl məndə yoxlanışda heç nə göstərmirdi. Amma əməliyyatda papilloma üzə çıxdı deyə, götürməli oldular. Yazırlar ki, şişdir, xərçəng xəstəliyidir və s. Düz deyil. Ola bilər Elgiz Əkbərin verilişində səhv başa düşülsün. Ancaq papilloma aşkarlanmışdı. İndi yaxşıyam, önəmli bir şey yoxdur. Şükür Allaha. Səhnəyə də çıxıram, işimə də gedirəm. Soruşub, maraqlananlar sağ olsunlar". 

Qeyd edək ki, Naibə Allahverdiyeva uzun müddət bel və kürək ağrılarından şikayətlənirdi. O, yanvarın 26-ı sinəsindən əməliyyat olunduğunu Lent.az-a açıqlamışdı. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir