Cəmiyyət

Ötən gün 43 yanğına çıxış olub, yeddi nəfər xilas edilib

Sharing is caring!

Ötən sutka ölkə ərazisində 43 yanğına çıxış, bir halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə FHN-dən məlumat verilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində biri azyaşlı olmaqla yeddi nəfər xilas edilib, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb, avtoqəza nəticəsində iki nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir