İdman Manşetüstü

Ümit Özat “Sabah”dan təklif aldığını təsdiqləyib

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” Ümit Özatla danışıq aparır.

XəbərAl.az  xəbər verir ki, bunu 43 yaşlı türkiyəli mütəxəssis “Hürriyet”ə müsahibəsində təsdiqləyib. O, doğru seçim etmək istədiyini vurğulayıb: “Adana Demirspor”dan ayrılmağım ani oldu. Bir gün səhər “halallaşaq” dedilər. Biz də “tamam” söylədik. Qovulmaq məşqçi işinə xas bir şeydir. Qovulmayan məşqçi məşqçi deyil. Bunu “Manisaspor”da da demişdim. Azərbaycanın “Sabah” klubu ilə yaxın əlaqələrimiz oldu. Bizim də özümüzə görə gözləntilərimiz var. “Sabah”ın oyunlarını izlədim. Bu işlər ölkə xaricində Türkiyədəki kimi birgünlük olmur. Ötən həftədən etibarən, “Sabah”la sıx əlaqədəyik. Doğru seçim etmək lazımdır. Azərbaycanın doğru bir ölkə olduğunu düşünürəm. “Hatayspor”dan rəsmi ya da qeyri-rəsmi təkil almamışam”.

Qeyd edək ki, Elşad Əhmədovu istefasından sonra “Sabah”ın boş qalan baş məşqçi postuna kimin təyin ediləsəyinə namizədlərlə görüşdən sonra aydınlıq gələcək. Hazırda müvəqqəti olaraq İqor Ponomaryova həvalə olunan bu vəzifəyə ukraynalı Yuri Vernidub və gürcüstanlı Georgi Tsetsadze də namizəd göstərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir