Cəmiyyət

Rüxsarə Məmmədova: “Təəssüf ki, Hümam və Gündüzü belə qarşıladıq”

Sharing is caring!

“Çox təəssüf ki, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ bizim tələbələrimizdən də yan keçmədi”. 

Oxu.Az xəbər verir ki, bunu Türkiyədə həlak olan tələbə Hümam İsmayıllının təhsil aldığı Nizami Gəncəvi adına Təbiət Təmayüllü liseyin direktoru Rüxsarə Məmmədova deyib.

Direktor qeyd edib ki, Malatya şəhərində həlak olan Hümam İsmayıllı və Gündüz Nəzərzadə hər ikisi eyni liseyin məzunları olublar: 

“İkisi də çox yaxşı şagird olub. Təəssüf ki, onları itirdik. Bütün heyətimiz zəlzələdən dəhşətə gəlib. Məzunlarımızın sağ olduğuna ümid edirdik. Təəssüf ki, Hümam və Gündüzü belə qarşıladıq. Bu bizim üçün faciədir. Onları unutmayacağıq. Bütün həlak olan tələbələrimizin xatirəsi həmişə əziz olacaq. Ailələrinə səbir, dözüm diləyirəm. Allah rəhmət eləsin”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir