Dünya

Türkiyədə zəlzələdə həlak olanların sayı açıqlandı

Sharing is caring!

Türkiyədə baş verən dəhşətli zəlzələnin qurbanlarının sayı açıqlanıb.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qurumdan verilən məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 36 187-yə çatıb. 108 068 nəfər yaralanıb.

 216 347 nəfər digər bölgələrə təxliyə edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, eyni gündə 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib.

Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə dağıntılar törədib, təkanlar paytaxt Ankarada hiss edilib. Fevralın 6-dan indiyədək bölgədə müxtəlif maqnitudalı 4 323 afterşok qeydə alınıb.

Təbii fəlakətin baş verdiyi bölgələrin bəzilərində axtarış-xilasetmə işləri yekunlaşıb, bəzilərində isə davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir