Cəmiyyət

Bakıda daha bir bina hər an uçma təhlükəsi ilə qorxu saçır – FOTO

Sharing is caring!

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində daha bir bina qəzalı vəziyyətdədir. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, 8 Noyabr prospekti, 92 ünvanında yerləşən üçmərtəbəli bina qəzalı vəziyyətdədir və hər an uçma təhlükəsi var. 

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən bina qəzalı vəziyyətdədir və istismar müddəti bitib:

“Bildiyiniz kimi, ötən il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qəzalı binalarla bağlı komissiya yaradılıb. Rayon İH tərəfindən də istismar müddəti bitən binaların siyahısı çıxarılıb. O cümlədən bizim qurum da bu addımı atıb. 8 Noyabr prospekti, 92 ünvanında yerləşən üçmərtəbəli bina da qeydiyyata alınıb. Bu məsələlərə baxılır, tədbirlər görüləcək”.  

Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 80 ünvanında yerləşən ikimərtəbəli binanın qəzalı olması barədə məlumat yaymışdıq. Daha sonra Xətai Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin köçürülməsinə başlanıldığı bildirilmişdi.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir