Cəmiyyət

Trosun qırılması nəticəsində köməksiz qalan fəhlənin xilas edilməsi görüntüləri – VİDEO

Sharing is caring!

Bakı şəhərinin çoxmərtəbəli binada köməksiz vəziyyətdə qalan fəhlənin xilas edilməsi görüntüləri yayılıb.

Oxu.Az-ın məlumatına görə, paytaxtın Yasamal rayonunda qaldırıcı qurğu (bucurqad) vasitəsi ilə çoxmərtəbəli yaşayış binasının fasadında təmir işləri aparan zaman bir nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib.

Belə ki, trosun qırılması səbəbindən qaldırıcının səbətində olan vətəndaşın həyatı üçün ciddi təhlükə yaranıb. Mürəkkəb və riskli şəraitdə aparılan xilasetmə əməliyyatı nəticəsində vətəndaş xilas olunub.

Xilasetmə əməliyyatının görüntülərini təqdim edirik: 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir