Cəmiyyət

Qardaşların yanından sürətlə keçdilər, kütləvi dava düşdü – AÇIQLAMA

Sharing is caring!

Göyçayda kütləvi dava baş verib. 

Oxu.Az-ın məlumatına görə, Göyçay şəhərində beş nəfər – Emil Məlikov, Roman Kərimov, Cavid Məlikov, eləcə də Zahir və Zamiq Həsənov qardaşları arasında şəxsi münasibətlər zəminində başlanan mübahisə daha sonra dava ilə nəticələnib.

Mübahisəyə səbəb üç nəfər maşınla gedən zaman Zahir və Zamiq Həsənov qardaşlarının yanında sürətlə keçməsi olub.  

Dava zamanı onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmalara başlanılıb və həmin şəxslərin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub:

“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir