Cəmiyyət

Bir neçə yaşayış məntəqəsində suyun verilməsində məhdudiyyətlər olacaq

Sharing is caring!

Bu gün Hacıqabul rayonunun Qızılburun və Atbulaq, Bakının Qaradağ rayonunun Ələt, Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər 1-ci Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir