Cəmiyyət

Yerlə bir olan binada azərbaycanlı tələbələrdən iz yoxdur – VİDEO

Sharing is caring!

“Malatyadakı tələbələrdən xəbər ala bilmirik. Tələbələrdən birinin atasından və qardaşından indicə gələn mesajlar adamı dəhşətə salır”. 

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib. 

Onun sözlərinə görə, tələbələri tapa bilmirlər:

“Qazıntı aparanlar az qala binanın dibinə qədər gedib çıxıblar. Bir neçə insanın cansız bədənini çıxarıblar. Azərbaycanlı tələbələrdən isə hələ ki heç bir iz yoxdur”. 

Bu fikriləri Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Pərviz Məmmədzadə də təsdiqləyib.

Pərviz Məmmədzadə onu da əlavə edib ki, axtarışlar davam edir. Tələbələrin tapılmasına ümidlər var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir