İdman

Ançelottidən qəribə açıqlama: “Onları Bermud üçbucağı adlandırıram, çünki orada top yox olur”

Sharing is caring!

Karlo Ançelotti Luka Modriç, Toni Kroos və Kazemiro haqqında yüksək fikirlər səsləndirib.

“Bu klassik musiqi ilə rok-n-rollun vəhdətidir, mənim çox xoşuma gəlir. Kazemiro, Kroos və Modriçi Bermud üçbucağı adlandırıram, çünki top orada yox olur. Bu heyətlə qələbə aclığını saxlamaq o qədər də çətin deyil.

Kazemiro, Kroos, Benzema və ya Modriç olanda qazanmaq istəyi zəifləmir, bu, sadəcə mümkün deyil”, – deyə “Real”ın baş məşqçisi “Yuventus” ilə yoldaşlıq oyunundan sonra (2:0) bildirib.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir