Cəmiyyət

Latviyadakı Azərbaycan diasporu Türkiyə üçün yardım toplayır – FOTO

Sharing is caring!

Latviyadakı Azərbaycan diasporu Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən zərərçəkmiş vətəndaşlar üçün humanitar yardım toplayır.

Bu barədə “Report”a “Azəri” Gənclər Mərkəzinin sədri Amil Səlimov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan diasporu zərərçəkənlər üçün həm maddi yardım, həm də geyim əşyaları toplayır. Yardım toplama aksiyasında təkcə azərbaycanlılar deyil, digər Latviya sakinləri də iştirak edirlər.

“Əşyalar, qida məhsulları və dərman preparatları göndərilməzdən əvvəl çeşidlənir”, – deyə A.Səlimov bildirib.

O, diasporun yükləri Latviyanın “Tavi Draugi” xeyriyyə təşkilatı ilə birlikdə göndərəcəyini əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir