MARAQLI

Qaydaları olmayan Qahirə: Sürücülük vəsiqəsini qeyri-adi yolla alıb maşınları əzik sürürlər – VİDEOREPORTAJ

Sharing is caring!


Baku TV-də Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə piramidaları, Sfinksi, mumiyaları – nağıl kimi keçmişi ilə hələ də hər kəsi maraqda saxlayan Misirdən bəhs olunub.

Qədim fironlar ölkəsinin paytaxtı Qahirə özünəməxsus həyat tərzi, bahalı mülkləri və natəmiz küçələri ilə də yadda qalır. Bura səs-küylü və xaotikdir. Qahirədə işləmək və yaşamaq elə də asan deyil. Burda dövlət qulluqçuları elə də çox qazanmırlar, amma bir çox imtiyazları var.

Məsələn, onlar övladlarını dövlət uşaq bağçasına yazdıra bilərlər, çünki digər bağçalar pulludur. Özəl bağçalara isə övladınızı üç aylığından verə bilərsiniz. Əlbəttə ki, pulunuz varsa.

Özəl bağçalarda ödəniş 19-190 dollar arası dəyişir. Bu bizim pulla 32-323 manat edir. Qiymətlər verilən təhsilə, həmçinin bağçanın şəhərin hansi istiqamətində yerləşməsinə görə dəyişir. Misirdə diqqət çəkən və təəccübləndirən amillərdən biri də yollar və avtobillərin hərəkətidir. Burada yol nişanları yoxdur. Sürücülük vəsiqəsini qeyri-adi yolla alıb xaotik hərəkət edirlər. Kim necə istəyirsə, avtomobilini elə də idarə edir. Qahirədə yolda dönən zaman nə yan işıqları yandıraraq xəbərdarlıq edən görə bilərsiniz, nə də qəza işıqlarından istifadə edən.

Bircə siqnaldan istifadə edirlər. Maraqlı məqamlardan biri də odur ki, evlənərkən kişilər qadınlara müəyyən miqdar qızıl hədiyyə etməlidirlər. Bu, 500 qram da ola bilər, beş kiloqram da.

Hər şey valideynlərlə danışıqdan asılıdır. Evin alınması, döşənməsi və sair hamısı kişinin işidir. Qadın isə ancaq mətbəx əşyaları və qab-qacaq gətirir. Ailələr də müxtəlifdir. Həyat yoldaşının işləməsinə icazə verənlər də var, qadının yeri mətbəxdir deyənlər də. Belə qadınlar ancaq evə yaxın olan mağazaya gedə bilərlər.

Misirdə diqqət çəkən məqamlardan biri də küçələrdə tullantının çox olmasıdır. Səbəb isə budur ki, heç kəs tullantının daşınması üçün pul ödəmir. Qahirədə zibil yığanlar şəhərciyi deyilən yer də var. Buranın sakinləri şəhərdə olan tullantıları bu şəhərciyə daşıyırlar. Daha sonra isə onları çeşidləyirlər. Bu işlə bütün ailə məşğul olur. Nəsə tapanda satırlar, qalanını isə emal olunması üçün təhvil verirlər.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir