Cəmiyyət

Orxan Nəzərli: “Bu ilin yanvar ayına isə 712 min vergi ödəyicilərinin sayı qeydə alınıb”

Sharing is caring!

“Ötən il qeyri-neft sektoru üzrə dövriyyələrdə artım qeydə alınıb”.

Oxu.Az xəbər verir ki, bunu “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfransda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.  

O bildirib ki, qeyri-neft sektoru üzrə dövriyyələrin artımı 22,6%, qeyri-neft sektorunda ƏDV üzrə dövriyyənin həcmində artım 21,7% olub. Eyni zamanda elektron qaimə-faktura üzrə dövriyyənin həcmində də 26% artım müşahidə edilib:

“Ötən il aktiv vergi ödəyicilərinin sayı 7%, aktiv ƏDV ödəyicilərin sayı 15,1%, aktiv obyektlərin sayı 3,2%, artıb. Bu ilin yanvar ayına isə 712 min vergi ödəyicisi qeydə alınıb”. 

O.Nəzərli bildirib ki, 2019-2022-ci illərdə qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 291 min 435 olub, yəni ümumi əmək müqavilələrində xüsusi çəkisi 47,6% olub. DSMF gəlirlərində büdcədən ayırmalar 2018-2022-ci illər arasında 36%-dən 20%-ə doğru dəyişib, yəni 16% azalma olub”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir