İqtisadiyyat

Azərbaycanda vergi daxilolmalarının həcmi AÇIQLANDI – FOTO

Sharing is caring!

“2022-ci il üzrə Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal yığımların həcmi 21,1 milyard manat təşkil edib”.

Oxu.Az xəbər verir ki, bunu “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfransda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib. 

O qeyd edib ki, buraya bütün fiskal yığımlar aiddir:

“Bu məbləğ büdcənin ümumi fiskal yığımlarının 78,9%-i həcmində olub. Vergi daxilolmaları ötən il 15,5 milyon manat olub ki, bu da 2021-ci illə müqayisədə 82,2% çoxdur. Qeyri-neft sektorundan vergi daxilolmaları isə 8,1 milyon manat təşkil edib.

Ötən il qeyri-neft və qeyri-qaz sektorundan vergi daxilolmaları 2017-ci illə müqayisədə 1,8 milyard manat çox olub. 2021-ci illə müqayisədə isə 22,9% artıq icra olunub. Ötən il qeyri-neft sektoru üzrə ÜDM-in nominal artım tempi 21,6% təşkil edib. Vergi daxilolmalarından nominal artım tempi isə 27,9% təşkil edib”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir