Cəmiyyət

Biləsuvarda dörd nəfərin xəsarət aldığı yol-nəqliyyat hadisəsi baş verdi

Sharing is caring!

Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, qəza nəticəsində dörd nəfər Xırmandalı kənd sakini – 1963-cü il təvəllüdlü Ə.Abdullayev, 1974-cü il təvəllüdlü N.Quliyeva, 1999-cu il təvəllüdlü S.Abdullayev və 1999-cu il təvəllüdlü D.Əlizadə xəsarət alıb.

Onlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir