Cəmiyyət

Sumqayıtda zəncirvari qəza olub, xəsarət alan var

Sharing is caring!

Sumqayıtda zəncirvari yol qəzası baş verib, 1 nəfər hamilə qadın xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Sülh prospekti ilə Koroğlu prospektinin kəsişməsində baş verib.

Belə ki, “Mercedes” markalı 50-EH-724 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən işıqforda dayanan digər 3 avtomobilə çırpılıb.

İlk dəydiyi “Opel” markalı 01-CE-467 dövlət qeydiyyat nişanlı avtomobildə olan hamilə qadın xəsarət alıb.

Qadın təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hər 4 avtomobilə ciddi ziyan dəyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir