Dünya

Türkiyədə zəlzələ bölgəsində yeni qadağa tətbiq olunub

Sharing is caring!

Türkiyədə zəlzələ zonasında fövqəladə vəziyyət dövründə daha bir qadağa tətbiq edilib.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Vedat Bilgin məlumat verib.

Nazirin verdiyi açıqlamaya görə, fövqəladə vəziyyət dövründə zəlzələ bölgəsində işçilərin qorunması üçün vətəndaşların işdən çıxarılmasına qadağa qoyulub.

“Zəlzələ bölgəsində işçilərimizi qorumaq üçün fövqəladə vəziyyət dövründə işdən çıxarılma qadağası tətbiq edirik. Bölgədəki işçilərimizin işləyə bilmədiyi müddət üçün qısamüddətli iş müavinəti ilə onlara maddi dəstək veririk. Zəlzələ nəticəsində iş yerləri bağlanan və işsizlik müavinəti, yaxud qısamüddətli iş müavinəti ala bilməyən zəlzələ qurbanlarına gündə 133,44 türk lirəsi nağd maddi yardım ayırırıq. Sosial Dövlət şüuru ilə zəlzələ bölgəsində işçilərimizin yanındayıq və yaraların sağalması üçün çalışırıq”, – Bilgin sosial şəbəkə səhifəsində yazıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir