Cəmiyyət

Gəncədə minik maşını yandı

Sharing is caring!

Gəncədə yanğın hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yaşayış binalarından birinin qarşısında qeydə alınıb.

Binanın qarşısında dayanmış vəziyyətdə olan minik avtomobilində anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Avtomobil tamamilə yanıb, yaxınlıqdakı nəqliyyat vasitələri yanğından mühafizə ediliblər.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir