Cəmiyyət

Qazinin 4 yaşlı qızı geyim və oyuncaqlarını türkiyəli uşaqlara bağışladı

Sharing is caring!

Türkiyədə baş verən dəhşətli zəlzələdə zərərçəkənlərə hər kəs yardım əlini uzatmağa çalışır. Qazimiz Abbasəli Tarverdiyevin 4 yaşlı qızı Sevil Tarverdiyeva  öz geyim və oyuncaqlarını zəlzələdən əziyyət çəkən uşaqlara bağışlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə qazimiz sosial şəbəkə hesabında paylaşım edib:

“Qızım mən deməmişdən qabaq oyuncaqlarını yığıb ki, Türkiyədə zəlzələ nəticəsində evsiz-eşiksiz qalan balaca dostlarına göndərsin. Bu, dünyada ən gözəl şey qarşılıq gözləmədən edilən mərhəmətdir”, – deyə paylaşımda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir