İdman

“Braqa” komandasının futbolçusu “Qarabağ”la oyun barədə: “Bizi son anda “öldürdülər”

Sharing is caring!


“Bizi son dəqiqədə “öldürdülər”.

Portuqaliyanın “Braqa” komandasının futbolçusu Alvaro Djalo Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ”la keçirdikləri cavab oyununu şərh edərkən bildirib.

“Rəqib azlıqda qaldıqdan sonra biz üstün olduq və ən çətin şeyi bacardıq – oyunu əlavə vaxta apardıq. Amma son dəqiqələrdə qol vuraraq bizi “öldürdülər”, axırıncı dəqiqədə… Qolu vuranda düşündüm ki, vəziyyəti dəyişə bilərik. İlk qolu buraxanda belə bunu edə biləcəyimizi göstərdik. Sonra penaltidən qol vurduq.

Komandaya inanırdım, amma son dəqiqələrdə qol vuruldu, futbolda belə olur. Çalışmaq və nəticə görməmək məyus edir. Biz çalışmalı və meydanda ən yaxşı xüsusiyyətimizi göstərməliyik. Mən öz töhfəmi verməyə və əlimdən gələni etməyə çalışdım. Ancaq bu məğlubiyyətə görə məyusam”, – deyə Djalo deyib.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyib. Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3 (ümumi 6:5)) olsa da, 1/8 finala yüksəlib.

Mənbə: ojogo.pt

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir