Cəmiyyət

1,8 milyona yaxın şəxsin sosial ödənişlərində artımlar avtomatik şəkildə tətbiq olunub – FOTO

Sharing is caring!

Bu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlər üzrə 1,8 milyona yaxın şəxsin sosial ödənişlərində artımlar da avtomatik şəkildə tətbiq olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, pensiya, müavinət və təqaüdlərin təyinatı kimi, həmin ödənişlərdə artımların edilməsi də vətəndaşların hər hansı quruma müraciət etmələrinə, sənəd təqdim olunmasına ehtiyac olmadan elektron sistemlər üzərindən avtomatik şəkildə aparılır.

2022-ci ilin əvvəlindən pensiyaçılara ödənilən maddi yardımlar bu ilin əvvəlindən pensiyaların tərkibinə daxil edilməklə ümumilikdə 1 milyon 115 min insana yönələn pensiyaların, habelə 660 min insana yönələn müavinət və təqaüdlərin artırılması təmin edilib.

Beləliklə, bu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlər üzrə 1,8 milyona yaxın şəxsin sosial ödənişlərində edilən həmin artımlar da onların hər hansı müraciətinə ehtiyac olmadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən e-qaydada aparılıb.

Növbəti mərhələdə bütün növ pensiyaların ötən il üzrə müəyyən ediləcək orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılması təmin olunacaq. Həmin pensiya artımları, habelə vətəndaşların pensiya kapitalının indeksləşdirilərək artırılması da e-sistemlər üzərindən avtomatik şəkildə həyata keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir