Dünya

KİV: “Şolts və Makron arasındakı fikir ayrılıqları açıq düşmənçiliyə çevrilib”

Sharing is caring!


Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında Ukraynaya yardımla bağlı fikir ayrılığı Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatları fonunda açıq düşmənçiliyə çevrilir.

Bu barədə “Politico” xəbər verib.

Nəşr Almaniya rəsmilərinə istinadən bildirib ki, Makron Ukrayna ilə bağlı “sərt danışmağa” hazırdır, lakin o, Berlinlə müqayisədə kifayət qədər addım atmayıb.

Həmçinin “Politico” Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatlarına istinadən qeyd edir ki, Almaniya Ukraynaya 17 milyard avrodan çox, Fransa isə cəmi 640 milyon avro yardım edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir