Cəmiyyət

Naxçıvan Ali Məclisi sədrinin müşaviri dövlət qulluqçusu olacaq

Sharing is caring!

İnzibati vəzifələrin 1-ci təsnifatı genişləndirilib.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi vəzifəsi inzibati vəzifələrin 1-ci təsnifatına daxil edilir.

Eyni zamanda layihəyə əsasən, Baş nazirin, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin sədrlərinin müşavirləri və köməkçiləri vəzifələri də inzibati vəzifələrin 1-ci təsnifatına daxil ediləcək.

Həmçinin qanuna təklif edilən digər dəyişikliklə Prezident Administrasiyası rəhbərinin köməkçisi isə inzibati vəzifələrin 2-ci təsnifatına daxil edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müşaviri, köməkçisi, Milli Məclis sədrinin müavini və Baş nazirin müavininin köməkçiləri vəzifələri də inzibati vəzifələrin 2-ci təsnifatında yer alacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir