Cəmiyyət

“Məktəblinin dostu” layihəsi özəl şirkətlər tərəfindən maliyyələşdirilir” – RƏSMİ AÇIQLAMA

Sharing is caring!

“Məktəblinin dostu” layihəsi dövlət büdcəsindən maliyyələşmir”.

Oxu.Az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Təhsil masası”nda deyib.

Onun sözlərinə görə, “Məktəblinin dostu” layihəsi özəl şirkətlər tərəfindən maliyyələşdirilir:

“Məktəblinin dostu” layihəsi ancaq sponsor, özəl şirkətlər tərəfindən maliyyələşdirilir. Dövlət büdcəsindən maliyyələşmir”.

R.Ağayev qeyd edib ki, məktəblinin dostu ali təhsilli, 21-30 yaşında gənclərdir:

“Əksəriyyətinin pedaqoji təhsili var. İmtahan verib, müsahibədən uğurlu keçənlər işə qəbul olurlar. Məktəblilər öz dərdlərini, sıxıntılarını yaşlarına görə onlara deməkdən çəkinmirlər. Məktəblinin dostları içərisində 30 yaşdan yuxarı şəxslərə də rast gəlmək mümkündür. Fəaliyyət dövründə yaş həddi yoxdur. Lakin işə qəbulda var. Məktəblinin dostunun məktəb heyətinə aidiyyəti yoxdur. Onlar üçün xüsusi otaq ayrılıb”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir