Dünya

İranın keçmiş prezidenti Rəfsəncaninin oğlu şallaq cəzasından sonra azadlığa buraxıldı – FOTO

Sharing is caring!

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin 53 yaşlı oğlu Mehdi Haşimi Rəfsəncani yeddi il həbsdə qaldıqdan, məhkəmənin kəsdiyi cəriməni ödədikdən və şallaq cəzasının icrasından sonra azadlığa buraxılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, onun cəzasının çəkilməmiş hissəsi şərti cəza ilə əvəzlənib.

Qeyd edək ki, Mehdi Haşimi Rəfsəncani 2015-ci ildə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O və bacısı Faizə Haşimi Rəfsəncani ölkədə iğtişaş yaratmaqda, 2009-cu ilin iyununda prezident seçkisinin nəticələrinə qarşı irimiqyaslı aksiyalar təşkil etməkdə, Böyük Britaniyanın xeyrinə casusluq etməkdə ittiham olunublar. Keçmiş dövlət başçısının oğlu Mehdi Rəfsəncaninin adı habelə Norveçin “Statoil” neft şirkəti ilə qanunsuz müqavilələrin imzalanmasında və 30 milyon dollarlıq korrupsiyada hallanıb. Bu işi “Statoil” korrupsiya işi” də adlandırırlar.

Xatırladaq ki, Əli Əkbər Haşimi Rəfsəncani 1989-cu il avqustun 3-dən 1997-ci il avqustun 2-dək İran prezidenti olub. O, 2017-ci ilin yanvarında 82 yaşında ölüb.

 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir