İdman

AFFA “Səbail” və “Kəpəz“i 800 manat cərimələdi

Sharing is caring!

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

XəbərAl.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları ilə bağlı qərarlar verilib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Səbail” oyununda qonaq komanda stadiona gələrkən gecikdiyi üçün klub 800 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” – “Kəpəz” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir