Cəmiyyət

İstehlaka yararsız qida məhsulları məhv edilib – FOTO

Sharing is caring!

İstehlaka yararsız bioloji aktiv qida məhsulları məhv edilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində agentliyin müfəttişləri tərəfindən “Miral” Məhdud Məsuliyyətli Cəmiyyətin ölkəyə idxal etdiyi, Pakistanda fəaliyyət göstərən “Salbion Health Sciences Pvt Ltd” şirkətinin istehsalı olan, ümumi miqdarı 3000 ədəd təşkil edən “Sele Forte kapsul №30” adlı bioloji aktiv qida məhsullarından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasında ağır metalların Kadmium (Cd) miqdarının normadan artıq olduğu aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun qərar qəbul olunub və istehlaka yararsız bioloji aktiv qida məhsulları məhv edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir