Dünya

İranda “Qaz böhranı”: Etirazçılar küçələrdə tonqal qalayıblar

Sharing is caring!

İranda qaz böhranı ölkənin şimal-şərqində yeni etirazlara səbəb olub. Belə ki, ölkənin bəzi vilayətlərində mənzillərin istiliklə təmin olunmasında çətinlik yaranıb, abonentlər mavi yanacaqsız qalıb.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yanvarın 16-da Xorasan Rəzəvi vilayətinin Torbat-e Cam şəhərində yerli qubernatorluq binası qarşısına toplaşan etirazçılar küçələrdə tonqal qalayıblar.

Onlar bununla son günlər İran rejiminin şəhərdə minlərlə abonentin qazını kəsməsinə belə cavab veriblər.

Amerikalı ekspertlərin fikrincə, bu enerji çatışmazlığı yaxın günlərdə bütün İranda, xüsusən də onun şimal və şərq əyalətlərində əlavə etirazlara səbəb ola bilər:

“İran rəsmiləri son günlər milli “qaz böhranı” barədə getdikcə daha çox xəbərdarlıq edirlər. Bununla bağlı olaraq qaz istehlakını azaltmaq üçün bəzi əyalətlərdə banklar, ictimai obyektlər və universitetlər qısa müddətə bağlanılır. Baş verən etirazların əsas səbəbi qaz çatışmazlığı və siyasi təzyiqdir”.

Mənbə: Understandingwar.org

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir