Cəmiyyət

Gəncədə 3 günlük körpə öldü

Sharing is caring!

Gəncə şəhərində yeni doğulan körpə ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Gəncə Şəhər Regional Perinatal Mərkəzində baş verib.

Belə ki, Qazax rayonu Çaylı kənd sakini, 1987-ci il təvəllüdlü Rəfiqə Xudainin yanvarın 12-də mərkəzdə qeysəriyyə yolu ilə dünyaya gətirdiyi körpə üç gün sonra ölüb.

İlkin məlumata görə, körpədə beyin mədəciklərinə daxili qansızma olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1987-ci il təvəllüdlü, 32 həftəlik hamilə olan Rəfiqə Xudai 11.01.2023-cü il tarixində dölyanı qişanın vaxtından əvvəl cırılması diaqnozu ilə Gəncə Perinatal Mərkəzə müraciət edib:

“12.01.2023-cü ildə hamilə qadın qeysəriyyə əməliyyatı olunub. Körpədə tənəffüs çatışmazlığı olub və ona ikinci dərəcəli mədəcikdaxili qansızma diaqnozu qoyulub. Küvəzdə müalicəsi aparılan körpə, həkimlərin səyinə baxmayaraq, vəfat edib”.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir