Cəmiyyət

Lənkəranda qadın su quyusuna düşərək öldü

Sharing is caring!

Lənkəran rayonunda qadın su quyusuna düşərək ölüb.

“Report”un xəbərinə görə, Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayeva Seyranə Cabir qızı yaşadığı evin həyətində olan su quyusuna düşüb.

Meyitə baxış zamanı bədən səthində hər hansı xəsarətlər aşkar edilməyib.

Məhkəmə tibb ekspertinin ilkin ehtimallarına əsasən, S.Ağayeva öz ehtiyatsızlığı nəticəsində quyuya düşərək suda boğulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir