Cəmiyyət

Azərbaycan haqqında Latın Amerika mətbuatında məqalə dərc edilib

Sharing is caring!

“Latın Amerikası ilə ölkələrimiz arasındakı mövcud olan əməkdaşlıq, COVID-19 pandemiyası zamanı burada olan tibbi briqadanın nümayiş olunduğu kimi, coğrafi genişliyə baxmayaraq, çox vacib əlaqələr qurmağa imkan verəcəkdir”.

Oxu.Az xəbər verir ki, bu barədə Kuba və Latın Amerikasının tanınmış “Prensa Latina” və “Radio Habana Cuba” xəbər saytlarında dərc edilən məqalədə qeyd edilib. Məqalənin müəllifi Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanovdur.

Məqalə ispan dilində Kuba-Azərbaycan əlaqələri haqqında bəhs edir. Məqalədə qeyd edilib ki, əməkdaşlıq əlaqələrimiz nəinki siyasi sahəni, o cümlədən bir çox başqa sahələri də üstələyir. Bununla da biz onların kənd təsərrüfatı, mədəniyyət, idman, hətta elmi əməkdaşlıq və akademik mübadilə sahəsində də davam etməsini istəyirik.

Məqalədə həmçinin başqa vacib məqamlar da qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir