Cəmiyyət

Zaqatalada 300 cücə yanaraq tələf oldu

Sharing is caring!

Zaqatalada yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, yanğın gecə saatlarında rayonun Aşağı Tala kənd sakini Heydərov Ramin Rauf oğluna məxsus köməkçi tikilidə baş verib.

Hadisə yerinə yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 150 kvadratmetr olan köməkçi tikilinin 15 kvadratmetr sahəsi və 300 ədəd cücə yanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbi araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir